Namizədlər bizi niyə seçirlər?

May 20, 2024By Emil Karimli
Emil Karimli

Risksiz

Əgər bu məlumat Sizin üçün yenidirsə, aşağıda 15-ci bənddə "Sizdə xidmət haqqı nə qədərdir?" bu barədə ətraflı oxuya bilərsiniz. Bizim xidmətə müraciət etmiş namizədlər işə qəbul ediləndən, oturum və iş izni, həmçinin viza aldıqdan sonra xidmət haqqı ödəyirlər. Bu mərhələlər bitməyənə qədər heç bir xidmət haqqı və ilkin ödəniş tələb edilmir. 

Sürətli

Hazırda komandamızın 7 əməkdaşı (Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən) Sizin müraciət profilinizə uyğun olaraq öncədən seçdiyiniz ölkələrdə paralel olaraq işlər axtarır. İş axtarışları günün 24 saatı ərzində fasiləsiz baş verir. Biz hər dəqiqə axtarışdayıq – Siz işdə olarkən, istirahət edərkən, hətta yuxuda olarkən! Paralel və peşəkar iş müraciətlərimiz namizədlərimizin qısa müddətdə profillərinə ən uyğun sahədə işə qəbul olma şansını 7 dəfə artırır. Bu o deməkdir ki, hər bir iş axtaran namizədimiz üçün əməkdaşlıq etdiyimiz müddətdə 1000-dən artıq iş yerinə müraciət edirik.

Rahat

Biz xidmətlərimizi A-dan Z-ə qədər, xarici ölkəyə köçərkən Sizi və ailənizi narahat edə biləcək bütün məsələlərin qısa yol və az xərclə peşəkar paket həlli şəklində təklif edirik. Bu o deməkdir ki, Siz bir ünvanda bütün suallarınıza qısa zamanda cavab tapa, həllinə rahat şəkildə nail ola bilərsiniz. WhatsApp üzərindən hər kəs üçün əlçatan olan operatorlarımız Sizin sualları 7/24 saat cavablandırır, Sizə lazımi dəstəyi və məsləhətləri verir, müsahibə görüşlərini Sizinlə razılaşdırır, sənədlərin hazırlanmasında Sizə ən uyğun həlli təklif edir və başqa zəruri tədbirləri görür.

Professional

İllərlə xarici ölkədə iş axtaran, lakin hələ də uyğun iş tapmayan mütəxəssislər tanıyırsınızmı? Əgər tanımırsınızsa, əmin ola bilərsiniz ki, onların sayı həddən artıq çoxdur. Yüksək səviyyəli peşəkar olmaq, iş yerlərinə düzgün müraciət edib, müsahibələrdə düzgün formada iştirak etmək, suallara hazırlıqlı olmaq, heç də rahat və asan iş deyil. Bu səbəbdən mütəxəssislərin əksəriyyət iş müraciətləri uğursuz alınır. CV-nin tərtib olunmasındakı nöqsanlardan başlamış, rəsmi email, motivasiya məktubu, müsahibəyə hazırlıqlar və s. mərhələləri bizim komandamız Sizin üçün peşəkar şəkildə həyata keçirir və ilk cəhdlərdə müraciətiniz üçün uyğun iş tapılır.