Namizədlər bizi niyə seçirlər?

May 20, 2024By Xaricdə İş
Xaricdə İş

Güvənli

İlk ünsiyyətdən başlayaraq son prosesə qədər bizim üçün Nömrə 1 dəyər - GÜVƏNDİR! Əgər güvən yoxdursa, saytımızı bağlayaraq, bizi tərk etmək haqqınızdır.

Bizim bütün xidmətlərimiz, onların detalları, xidmətin təşkili, xidmətin ardıcıllığı və xidmət haqqları tam aydın və şəffaf şəkildə veb saytımızda qeyd edilmişdir. Bütün namizədlərdən bizə müraciət etməzdən öncə, saytımızda detallı məlumatlarla rahat şəkildə tanış olmaqlarını, sualları olduqda məmnuniyyətlə komandamızla WhatsApp, telefon zəngi, email və ya canlı görüş imkanları ilə əlaqəyə keçməklərini xahiş edirik. Əksəriyyət hallarda suallarınızın cavabını saytımızda tapacağınıza inanırıq. Amma konkret olaraq güvəni biz necə təmin edirik, bizə güvənə bilməyinicə necə zəmanət veririk - deyərək sual verərsinizsə, cavabımız Sizlərə belə olar: biz Sizə Asan İş hesabınız üzərindən imkan yaradırıq ki, rahat formada mobil telefonunuzla iş müraciətlərini izləyə və gedişatdan 24/7 xəbər tuta bilə və aşağıdakı suallarınızın cavabını həmən tapa biləsiniz:

  1. Mənim adımdan hansı ölkələrə müraciət edilib ?
    2. Mənim adımdan hansı şirkətlərə müraciət edilib ?
    3. Mənim adımdan hansı şəxslərə müraciət edilib ?
    4. Mənim adımdan hansı işlərə və nə zaman müraciət edilib ?
    5. Mənim adımdan nə formada (ATS,  email və s.) işlərə müraciət edilib ?


Professional

İllərlə xarici ölkədə iş axtaran, lakin hələ də uyğun iş tapmayan mütəxəssislər haqqında hər yerdə eşidirik. Bəlkə də Siz də uzun zamandır iş axtarışındasınız, amma hələ də arzunuza uyğun iş tapmamısınız. İş yerlərinə düzgün müraciət etmək, ünsiyyəti mükəmməl şəkildə aparmaq, müsahibələrə düzgün formada hazırlaşmaq, müsahibə suallarına öncədən hazırlıqlı olmaq və s. işə qəbul prosesinin zərgər incəlikləridir. CV-nin tərtib olunmasındakı nöqsanlardan başlamış, rəsmi email, motivasiya məktubu, müsahibəyə hazırlıqlar və s. mərhələləri bizim komandamız Sizin üçün peşəkar şəkildə həyata keçirir və ilk cəhdlərdə müraciətiniz üçün uyğun xarici şirkətlərdə iş imkanları tapılmasına kömək edilir.

Bizim xidmətlərimiz A-dan Z-ə qədər xaricdə işlə bağlı istənilən məsələnin qanuni formada həlli üçün yaradılmışdır. Xaricdə iş axtaran, hər hansı bir xarici dil biliyinə sahib olan və peşəsi üzrə uyğun kvalifiyakasiya sübutu (diplom, peşə diplomu, beynəlxalq səviyyədə tanınan sertifikat və s.) olan istənilən peşə sahəsi üzrə namizədlər bizim xidmətdən yararlana bilərlər. Hal-hazırda orta məktəb təhsili olan, və heç bir xarici dil biliyi olmayan namizədlərə təəssüflər olsun ki, xidmət təklif edə bilmirik. Bunu da aydın və şəffaf formada bütün dəyərli namizədlərlə bölüşməyi mühüm hesab edirik.


Sürətli

Sizin adınızdan xaricdə iş yerlərinə müraciətləri sürətli və ağıllı formada həyata keçirən Asan İş xidmətimiz gecə-gündüz minlərlə iş yerlərinə müraciətləri həyata keçirməklə namizədlərin ən qısa zamanda, arzuladıqları ölkə və şəhərlərdə, xəyal etdikləri işlərə qəbul olmağı sürətləndirir. Xaricdə uyğun şirkətlərdə iş müraciətləri 1 həftədən 6 həftəyə qədər davam edir.

Hal-hazırda standart olaraq iş müraciətlərinin sayını 2000-ə qədər təklif edirik. Reallıq göstəririr ki, bu qədər iş yerlərinə müraciət etmək namizədin xeyrinə əksəriyyət hallarda uğurlu nəticə ilə sona çatır. Araşdırmamıza görə 2000 iş yerinə namizəd özü müraciət edərsə, ona 8 ildən çox zaman lazımdır, hansı ki, Asan İş xidmətilə bu müddət ən gec halda 6 həftəyə başa gəlir. Sistemin bu qədər inanılmaz sürətli olması, namizədlərin effektiv olaraq iş imkanlarına qısa zamanda köklənərək şirkətlərlə əlaqələndirilməsi, müsahibələrə dəvət olunması və iş görüşlərindən uğurla keçməsi üçün olduqca mühümdür.

Şirkətlərə iş müraciətləri bitdikdən sonra belə, bizim xidmətlərimiz tam 6 ay ərzində qüvvəsində qalır və istənilən anda, namizəd hər hansı bir şirkətdən iş təklifi aldıqda, namizədin dərhal sənədləşmə işlərinə keçid edirik.