Müştəri Xidmətləri Təmsilçisi
Almaniyada əsası qoyulmuş xaricdeis.com və yurtdisindais.com (digər ölkələr üzrə də xidmət şəbəkələri yaradılır) startup komandamıza xaricdə iş axtaran azərbaycanlı və türkiyəli namizədlərə xidmət göstərmək üçün Müştəri Xidmətləri Təmsilçisi vakansiyası elan edirik.
Vəzifə öhdəlikləri:
Siz komandamıza qoşularaq həftənin müəyyən gün və saatlarında müştərilərlə yazışma və zəng vasitəsilə əlaqə saxlayacaq, onların suallarını cavablandıracaq və xidmətlərimiz haqqında ətraflı məlumat verəcəksiniz.
Namizədlər üçün tələblər:
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı
- Yüksək təqdimat bacarığı
- Müştərilərlə iş təcrübəsi
- Yüksək səviyyədə dinləmə və ünsiyyət qurmaq bacarığı
- Analitik və məntiqi düşüncə qabiliyyəti
- Müştəri sorğularını təhlil edib, faktlara əsaslanaraq düzgün və dolğun məlumat hazırlamaq bacarığı
- Məsafədən işləyə bilmək və komanda ilə əməkdaşlıq bacarığı
- Yeniliklərə açıq olmaq
Üstünlük veriləcək:
- Xaricdə yaşayan və paralel olaraq iş axtarışında olan azərbaycanlılara
- Hər hansı bir xarici dildə (C1-C2 səviyyəsində) danışıq bacarığı olanlara
Əmək haqqı:
Əmək haqqı yalnız komissiya əsasında ödənilir. Xidmət verdiyiniz və müqavilə bağlanan hər bir namizədlə müqavilənin həcminə əsasən əvvəlcədən razılaşdırılmış faiz məbləğində komissiya (150 AZN-ə qədər) təklif edilir. Əlavə bonuslar və xidmətlərimizdən güzəştli imtiyazlar mövcuddur.
Müraciət qaydası:
CV-nizi (şəkil, yaşadığınız ölkə və şəhər, təhsil, təcrübə, xarici dil bilikləri və bacarıqlar mütləq qeyd olunmalıdır) saytda qeyd edilən email ünvanına göndərməklə müraciət edə bilərsiniz. Müraciətin başlığı "Müştəri Xidmətləri Təmsilçisi" olması mütləqdir. Əks halda müraciətlər nəzərə alınmayacaq.