Tez-Tez Verilən Suallar

1. Nə üçün Sizin xidmətinizdən istifadə etməyi tövsiyə edirsiz?

Sürətli

Sizin adınızdan xaricdə iş yerlərinə müraciətləri sürətli və ağıllı formada həyata keçirən Asan İş xidmətimiz gecə-gündüz minlərlə iş yerlərinə müraciətləri həyata keçirməklə namizədlərin ən qısa zamanda, arzuladıqları ölkə və şəhərlərdə, xəyal etdikləri işlərə qəbul olmağı su içimi qədər asan və sürətli edir. 

Rahat

Biz xidmətlərimizi A-dan Z-ə qədər, xarici ölkəyə köçərkən Sizi və ailənizi narahat edə biləcək bütün məsələlərin qısa yol və az xərclə peşəkar paket həlli şəklində təklif edirik. Bu o deməkdir ki, Siz bir ünvanda bütün suallarınıza qısa zamanda cavab tapa, həllinə rahat şəkildə nail ola bilərsiniz. WhatsApp üzərindən hər kəs üçün əlçatan olan operatorlarımız Sizin sualları 7/24 saat cavablandırır, Sizə lazımi dəstəyi və məsləhətləri verir, müsahibə görüşlərini Sizinlə razılaşdırır, sənədlərin hazırlanmasında Sizə ən uyğun həlli təklif edir və başqa zəruri tədbirləri görür.

Professional

İllərlə xarici ölkədə iş axtaran, lakin hələ də uyğun iş tapmayan mütəxəssislər tanıyırsınızmı? Əgər tanımırsınızsa, əmin ola bilərsiniz ki, onların sayı həddən artıq çoxdur. Yüksək səviyyəli peşəkar olmaq, iş yerlərinə düzgün müraciət edib, müsahibələrdə düzgün formada iştirak etmək, suallara hazırlıqlı olmaq, heç də rahat və asan iş deyil. Bu səbəbdən mütəxəssislərin əksəriyyət iş müraciətləri uğursuz alınır. CV-nin tərtib olunmasındakı nöqsanlardan başlamış, rəsmi email, motivasiya məktubu, müsahibəyə hazırlıqlar və s. mərhələləri bizim komandamız Sizin üçün peşəkar şəkildə həyata keçirir və ilk cəhdlərdə müraciətiniz üçün uyğun iş tapılır.

2. İş axtaran namizəd kimi mən sizin xidmətinizə necə güvənə bilərəm?

Bu sualı vermə səbəbinizi çox yaxşı anlayırıq. Xaricdə müxtəlif işədüzəltmə xidmətləri haqqında eşitdiyimiz, şahidi olduğumuz və ya yaşadığımız xoşagəlməz təcrübələr heç birimiz üçün sirr deyil. Biz iş axtaran namizədlə münasibətlərin tam şəffaflığı üçün namizədlə bizim şirkət arasında ortaq olan email hesab yaradırıq. Bu email hesab üzərindən namizəd də, bizim şirkətin əməkdaşları da hansı ölkələrdə, hansı şirkətlərə və həmin şirkətlərdə hansı insan resurslarının əməkdaşına müraciət olunduğu görünür. Bundan başqa şirkətlərdən daxil olan cavabları anında həm Siz, həm bizim əməkdaşlar email üzərindən izləyə bilirlər. Bunun üçün sadəcə Sizin mobil telefonunuzun olması və Sizə yaradılan yeni Gmail hesabınıza daxil olmanız yetərlidir. Bu qədər sadə və şəffaf!

3. Xidmət verən tərəf olaraq biz Sizə necə güvənirik?

Biz hər növ təcrübələr yaşadığımız üçün, bütün namizədlərlə bir qayda olaraq eyni güvən prosedurunu tətbiq edirik. Sizə işəqəbul və miqrasiya xidməti göstərmək üçün, Sizinlə rəsmi müqavilə bağlayırıq. Müqavilə, onun bütün qoşmaları, öhdəlik bəyannaməsi və s. xaricdə işə qəbul olmaq istəyən namizəd tərəfindən oxunub, təsdiqləndikdən sonra, bütün əlaqə vasitələrini, faktiki yaşadığı, habelə rəsmi qeydiyyatda olduğu ünvanları, həmçinin sosial şəbəkə hesablarının linklərini bizimlə paylaşdıqdan sonra, Sizə rəsmi xidmət göstərmək haqqında qərar qəbul olunacaq. Sizi tövsiyə edən şəxs bizim xidmətlərdən daha əvvəllər istifadə etmiş və hazırda xaricdə işləyən şəxs olarsa, bizim əməkdaşlardan biri olarsa, yaxud əməkdaşlarımızın tanıdığı bir şəxs olarsa, o zaman güvən prinsipi üçün tələb olunan prosedurda müəyyən hissələr ixtisar oluna bilər. Bağlanmış müqavilələr ikiqat qüvvəyə minir: Sizin qeydiyyatda olduğunuz ölkə və Avropa Birliyinin üzvü olan dövlətlərin qanunvericiliyinə uyğun tərtib olunur və tərəflər öhdəlikləri qarşısında tam məsuliyyət daşıyır. 

4. İşə götürən sizin şirkətdir, yoxsa başqa şirkət? Mənə maaşı kim ödəyəcək?

Siz birbaşa işləyəcəyiniz şirkətdə işə qəbul ediləcəksiniz. Və qəbul olduğunuz şirkət əmək haqqınızı verəcək. Biz lizinq və ya ofşor şirkətlər kimi əməkdaşı işə qəbul edib, onu üçüncü bir şirkətlə xidməti müqavilə əsasında tapşırıqlara və ya layihələrə göndərmirik.

5. Mənə iş vizası işləmək istədiyim ölkədən veriləcək, yoxsa başqa ölkədən?

Siz yalnız və yalnız rəsmi işləyəcəyiniz şirkətin yerləşdiyi ölkənin oturum və iş izni ilə həmin ölkədə işləyə bilərsiniz. Sadə desək, əgər Almaniyada işə qəbul olunubsunuzsa, Almaniyanın oturum və iş iznini alacaqsınız. Əgər işləyəcəyiniz ölkə Avstriya olarsa, eyni qayda ilə bütün sənədləriniz Avstriya dövlətindən əldə ediləcək. Heç bir halda, məsələn, Latviya vizası ilə Hollandiyada işləyə bilməzsiniz! Bizə bəzən iddia olaraq bildirirlər ki, məsələn, Latviya vizası ilə Almaniyada işləyənlər olur. Bəli, bunun səbəbi odur ki, həmin şəxs Almaniyadakı şirkətin əməkdaşı deyil, Latviyadakı şirkətin əməkdaşıdır və qısa müddətli olaraq hər hansı bir layihəyə görə Almaniyadakı işə təhkim olunub. Layihə bitdikdən sonra, Latviyadakı şirkət onu tamamilə başqa bir ölkəyə də ezam edə bilər. Amma bu o demək deyil ki, əməkdaş fərdi olaraq Avropanın istənilən ölkəsində işləyə bilər. Mümkün deyi, çünki buna hüququ yoxdur (istisna: əgər xüsusi imtiyazlı bir iş izni yoxdursa). Biz məhz əməkdaşın işə qəbul olduğu ölkədə keçərli olan iş və oturum izni alınmasına uyğun xidmət veririk. Yüksək akademik səviyyədə təhsili və 10 ildən artıq müddətdə təcrübəsi olan əməkdaşlara xüsusi hallarda Avropada tam keçərli olan iş və oturum izni alınması ilə bağlı xidmətlər təqdim edə bilərik.

6. Sizin ofisiniz harada yerləşir?

Xaricdeis.com xidmətinin ofisləri Azərbaycan, Almaniya, Avstriyada və Polşada yerləşir. İş axtaran namizədlərə konsultasiya həm Azərbaycandakı ofisimizdə, həm də xaricdə yerləşən ofislərimizdə həm canlı, həm də virtual formada təşkil olunur. Ofislərimizlə əlaqə və görüş üçün Görüş Xahişi sistemimiz üzərindən müraciət göndərə bilərsiniz:  https://xaricdeis.com/ofislerimiz

7. Sizinlə şəxsən necə danışa bilərik?


Əgər bizim xidmətlə şəxsən tanış olmaq, bu siyahıda qeyd edilməyən sualların canlı şəkildə cavablandırılmasını istəyirsinizsə, bunun üçün saytda "Görüş Xahişi" bölməsində təqdim edilən avtomatlaşdırılmış sistemdən istifadə edə bilərsiniz.

8. İş axtarışları haqqında məlumatları necə verirsiniz?

Biz Sizə Asan İş sistemi üzərindən yeni email açırıq və ya Siz özünüz yeni bir email açaraq bizə təqdim edirsiniz. Bu email yalnız və yalnız xaricdə iş üçün istifadə olunur, və həm Sizin, həm də bizim şirkətin əməkdaşları tərəfindən izlənilə bilir. Siz hər an hansı ölkədə, hansı şirkətdə, hansı insan resursları əməkdaşına Sizin adınızdan müraciət olunduğunu və şirkətlərin Sizə nə kimi geri dönüş etdiklərini izləyə və ünsiyyətə keçə bilərsiniz. 

9. Mənim haqqımda məlumatların və sənədlərin təhlükəsizliyinə necə zəmanət verirsiniz?

Biz Avropa şirkəti kimi ÜMMS - Ümumi Məlumatların Mühafizəsi Siyasəti (ingiliscə: GDPR) riayət edərək Sizin məlumatlarınızı təhlükəsiz formada qoruyub saxlayırıq. Müqavilə bağlanarkən ÜMMS formasının imzalanması Sizdən tələb olunacaq. Sənədin tərkibi ilə aşağıda uyğun bölmədə tanış ola bilərsiniz. 

10. Məni hansı xərclər gözləyir?

Aşağıdakı nümunədə Avstriya və ya Almaniyada işləyəcək 1 (bir) nəfər namizədin (subay) təxmini xərcləri göstərilir:

Birdəfəlik xərclər:

1. Birdəfəlik oturum kartınızı götürəndə rüsum: 180 Avro

2. Birdəfəlik kirayə depoziti (əgər mənzildə yaşadığınız zaman texniki problem olmayıbsa mənzili tərk etdikdə geri verilir): adətən 2-3 aylıq kirayə qədər. Başlanğıcda bir neçə ay hosteldə qalaraq, maaşlarınızdan depozit məbləği toplayıb, sonra kirayə mənzil götürə bilərsiniz. Hostel üçün depozit tələb olunmur.

3. Seçdiyiniz xidmət paketimizə uyğun xidmət haqqı. Saytımızda paketlər və qiymətlərlə tanış ola bilərsiniz.


Aylıq xərclər:

1. Kirayə haqqı: 500 - 1000 Avro (35-80 kv. m)

2. Ərzaq: 250 Avro

3. Kommunal: 150 - 300 Avro

4. Elektrik: 50 - 60 Avro

5. İctimai nəqiliyyat: 30 Avro

6. İnternet: 25 Avro

7. Telefon üçün kontur: 10 Avro

Toplam aylıq orta sabit xərc: 1345 Avro 

Sizə təxminən lazım olacaq ilkin büdcənin – xarici ölkəyə köçüb ilk maaşınızı alana qədər tələb olunan ilkin xərclərin təxmini hesablanmasında və planlaşdırılmasında komandamız Sizə daha da ətraflı kömək edə bilər. İllərdir toplanmış təcrübə və məlumatlar əsasında Sizə tək və ya ailə üzvlərinizlə birgə xaricə köç planınıza uyğun daha real büdcə təxmin edə bilərik. 

Xərclərinizin planını indidən qurmağınızı Sizə tövsiyə edirik. Narahat olmayın, bunun üçün indidən hesabınızda hər hansı bir məbləğin olması və ya təsdiqi tələb olunmur.

Qeyd:

Sənədlərinizin tərcümə xərci, notarius rüsumu, səfirlik rüsumu, təyyarə biletinizin xərci, səyahət sığorta xərci və s. çıxa biləcək digər dövlət rüsumları burada qeyd edilməyib. Bu xərclər adətən 1 (bir) nəfər üçün toplam 1000 AZN ətrafında dəyişir.

11. Mənə uyğun hansı işlər var?

Bu asan səslənən çətin sualdır. Bizim hər gün yenilənən və təxminən 50 milyon ətrafında aktiv iş bazamız üzərində qurulan sistem Sizə ən uyğun işləri tapıb müraciətləri edə bilən bir xidmət təklif edirik: Asan İş xidməti

12. Dil biliyi tələb olunmayan işlərə necə qəbul ola bilərəm?

Həqiqətən də elə işlər var ki, orada minimum dil biliyinin olması yetərlidir, hətta olmasa belə, qısa zaman ərzində minimum dili biliyinə yiyələnməklə belə işlərdə çalışmaq mümkündür. Məsələn, təmizlik işləri, bağ-bağça qulluğu kimi elementar işlər və s. Amma xarici dövlətlərdə əcnəbi vətəndaşlarla iş üzrə dövlət orqanları məşğul olur. Məsələn, miqrasiya idarəsi xarici əməkdaşın onun ölkəsində işləməsi üçün minimum dil biliklərinə sahib olmasını tələb edir. Əks halda oturum izni verilmir. Bundan savayı nəzərə alın ki, az iş yerləri ola bilər ki, elementar işlərə görə xarici ölkədən işçi cəlb etsin. İnkişaf etmiş ölkələrdə xarici işçi qüvvəsinə əsasən çətin tapılan, yüksək ixtisaslı və təcrübəli əməkdaşlar cəlb olunur. Bu reallığı xaricdə iş axtaran hər bir namizədin nəzərə almasını tövsiyə edirik. Əks təqdirdə, səbəbini bilmədən illərlə zaman itkisinə səbəb ola biləcək uğursuz iş cəhdləri Sizi həvəsdən sala bilər. Hər bir bilik, xarici dil səviyyəsi, təcrübə dərəcəsi iş axtaran namizədin şansını artıran məsələdir. Ona görə, "Dil öyrənsəm, mənə iş tapılarmı?" – kimi yönündə verilən sualların cavabı nə "HƏ"dir, nə də "YOX". Düzgün cavab odur ki, Avropada işə qəbul olmaq üçün şansınız artar. Xaricdeis.com komandası olaraq bu yolda Sizə yalnız müvəffəqiyyətlər arzu edirik!

13. Xidmətlərinizə nələr daxildir?

Saytımızda ana səhifədə "İşəqəbul Xidmətlərimiz" bölməsində xidmətlərimizi görə bilərsiniz. Bundan əlavə "Köç Xidmətlərimiz" bölməsindəki xidmətlərimizdən də yararlana bilərsiniz. Köç xidməti əlavə xidmət sayılır.

Əgər Sizə daha spesifik xidmətlər maraqlıdırsa və bizim siyahıda yoxdursa, bizimlə əlaqə saxlayıb bunu aydınlaşdıra bilərsiniz. Biz Sizə xidmət haqqı təklifini göndərdikdə standart olaraq saytda qeyd edilən bütün xidmətləri nəzərə alırıq. 

14. CV-im yoxdur, mənə köməklik edə bilərsiniz?

Əlbəttə! Hər hansı bir formatda CV-niz varsa bu işimizi rahatlaşdırar. Əgər ümumiyyətlə yoxdursa, bu bizim xidmətlərimizə daxildir və Sizə peşəkar CV hazırlayacağıq. 

15. Bu məlumatı və ya sənədi nəyə görə istəyirsiniz?

Sizdən məntiqli və "məntiqsiz" səbəblərdən dolayı çoxlu məlumatlar və sənədlər tələb oluna bilər. Bəli, xaricdə işə qəbul prosesi qəliz prosesdir. Bəzən şirkətlər elə məlumatlar və ya sənədlər tələb edirlər ki, bu bizə də "məntiqsiz" görünür. Amma belə hallarda edə biləcəyimiz bir şey varsa, o da Sizin maraqlarınızı qoruyub, tələb olunan məlumatları təmin etməkdir. Sizdən hər hansı bir məlumat və ya sənəd xahiş edildikdə, biz onun səbəbini qeyd edirik. Əgər səbəbini qeyd etməmişiksə, əmin ola bilərsiniz ki, həmin məlumat və ya sənəd işə götürən şirkətin tələbidir. Sizdən məlumat və sənədlərinizin hissə-hissə olaraq hazırlanıb bizə göndərmənizi xahiş edəcəyik. İşə qəbul və köç prosesi 5 mərhələdən ibarət olduğu üçün, hər bir mərhələyə uyğun sənədlərin hazırlanmasını Sizə öncədən bildirəcəyik.

16. Bir nəfər şəxs özünü mənə Sizin əməkdaş kimi təqdim edib, məlumat (habelə sənəd və ya ödəniş) tələb edib. 

Bizim adımızdan istifadə edib Sizi aldada bilərlər, ehtiyyatlı olun! ⚠️🔥

Şəxsi məlumatlarınızı verən zaman, sənəd paylaşan zaman və ya ödəniş edilərkən, yalnız və yalnız aşağıdakı ofis ünvanlarımıza və əlaqə vasitələrimizə güvənə bilərsiniz:

Ofislərimiz

Rəsmi yazışmalar üçün linkdə qeyd edilənlərdən başqa heç bir telefon nömrəsi, WhatsApp, email və ya mesajlaşma sistemindən istifadə etmirik.

Sosial mediya hesablarımız üzərindən yalnız və yalnız ümumi məlumatlar əldə edə bilər, xidmətlərimiz haqqında kampaniyalarla tanış ola bilərsiniz. Heç vaxt, heç bir əməkdaşımız Sizdən sosial şəbəkə hesablarımız üzərindən şəxsi məlumatlar və ya ödəniş tələb edə bilməz.

Hər hansı bir şəxs bizim adımızdan Sizdən yuxarıda qeyd edilən və bizə aid olduğunu təsdiqlədiyimiz əlaqə vasitələri xaric, hansısa şəxsi məlumat, sənəd, ödəniş və s. tələb edərsə, 100% əmin ola bilərsiniz ki, bu şübhəli haldır və Xaricdeis.com şirkəti ilə heç bir əlaqəsi yoxdur.

Şübhəli halları bizimlə əlaqə saxlayıb bölüşməyi, bizə bildirməyinizi xahiş edirik. 

17. Hansı ölkələrdə işə düzəlməyə kömək edirsiniz?

Xidmətlərimiz dünyanın istənilən 195 ölkəsini və istənilən şəhərini əhatə edir. Namizədin istəyindən asılı olaraq eyni zamanda bir və ya bir neçə ölkədə, və ya şəhərdə iş müraciətləri həyata keçirilə bilər. Hətta ölkələrə görə müxtəlif iş sahələrinə müraciət də mümkündür. İş müraciətləri ərzində ən çoxu xidmət paketlərimizdə qeyd edilən sayda müraciət formasını, müraciət edilən iş sahəsini və ölkələri/şəhərləri dəyişdirmək mümkündür.

18. Hansı işlərə qəbul olmaq mümkündür?

Nəzəri olaraq əgər tələb olunan şərtlərə cavab verərsinizsə, istənilən işə qəbul olmaq mümkündür. Hal-hazırda 3000 peşə üzrə 50 milyondan çox aktiv iş elanlarımızla iş axtaran namizədlərimizə peşəkar xidmət təklif edirik.

Saytımızda əlavə olaraq dünya üzrə ən çox tələb olunan iş kateqoriyaları ilə tanış ola bilər və qeydiyyat zamanı verilən siyahıya istinad edə bilərsiniz.

Avropada ən çox tələb olunan işlərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

1. Enerji texnologiyası üzrə mühəndislər 2. Enerji texnologiyası üzrə ali təhsilli texniklər 3. Enerji texnologiyası üzrə texniklər 4. Kənd təsərrüfatı maşınları istehsalçıları 5. Maşınqayırma ixtisası üzrə ali təhsilli texniklər 6. Məlumatların emalı üzrə ali təhsilli texniklər 7. Dam ustaları 8. Aşağı gərginlikli və rabitə texnologiyaları üzrə mühəndislər 9. Freze kəsiciləri 10. Qiymətləndiricilər 11. Yanma və qaz texnologiyası üzrə texniki işçilər 12. Səhiyyə və tibb bacısıları 13. Tornaçılar 14. Qır və tol ilə üzlük vuranlar 15. Maşınqayırma ixtisası üzrə mühəndislər, başqa cür təsnif edilmədiyi təqdirdə 16. Məlumatların emalı üzrə mühəndislər 17. Elektrik quraşdırıcıları, elektrik montyorları 18. Maşınqayırma texnikləri 19. Ali təhsilli texniklər və mühəndislər 20. Qaynaqçılar  21. Su təchizatçıları 22. Boruçular, boru çilingərləri 23. Optometristlər 24. Çilingərlər 25. Həkimlər  26. Materiallar mühəndisi 27. Maşinistlər 28. Rəssamlar 29. Avtonəqliyyat vasitələrinin mexaniki 30. Aşağı gərginlik və rabitə texnologiyaları üzrə texniklər  31. İqtisadiyyat üzrə texniklər  32. Tibbi-texniki mütəxəssislər 33. İctimai mühasiblər 34. Qəlib ustaları 35. Tikinti üzrə ali təhsilli texniklər 36. Texniki işçilər, başqa cür təsnif edilmədikdə 37. Əmək haqqıların hesablanması üzrə mühasiblər 38. Dülgərlər 39. Santexnik 40. Tikinti və mebel dülgərləri 41. Maşın çilingərləri 42. Korpus və radiator santexnikləri 43. Dəmirçilər və fayton ustaları 44. Daş döşəməçiləri  45. İqtisadiyyat üzrə ali təhsilli texniklər 46. Aparat və metal məmulatlarının, maşınların, məişət və mətbəx texnikasının dilerləri və satıcıları 47. Sənaye mexanikləri 48. Elektromexaniklər  49. İqtisadiyyat üzrə ali təhsilli mühəndislər 50. Tikinti, soba və boru montyorları 51. Beton işçiləri 52. Dayələr 53. Aşağı gərginlikli və rabitə texnologiyaları üzrə ali təhsilli texniklər 54. Qəssablar 55. Plastik emalçılar 56. Fiziki-texniki xüsusi peşələr 57. Mühasiblər 58. Restoran aşpazları 59. Məlumatların emalı üzrə texniklər 60. Alət, kəsmə və qəlib hazırlayanlar 61. Tamet, panel və kafel döşəyənlər 62. Dulusçular və soba ustaları  63. Satış təmsilçiləri, moda dizaynerləri və təchizatçıları 64. Döşəmə təbəqələri və örtüklərini vuran ustalar 65. Univermaq satıcıları 66. Yol inşaat mühəndisləri 67. Baca təmizləyənlər 68. İnşaat üzrə təmir və tikinti menecerləri 69. Avtomat və dəzgah quranlar 70. Parfümeriya, camaşırxana və məişət əşyaları, boya və lak satıcıları  71. Təbii çiçək və çələng tərtibatçıları 72. Taxta dəzgah işçiləri 73. Şirniyyatçılar 74. Fərqli növ dəmir yolu işçiləri 75. İqtisadçılar, digər otel və restoran mütəxəssisləri, bina menecerləri 76. Ekspeditor mütəxəssisləri 77. Diş protezləri hazırlayanlar 78. Tikinti üzrə mühasiblər, faktura nəzarətçiləri və auditorlar 79. Texniki fizika üzrə mühəndislər 80. Ölçü cihazları üzrə inşaat texniki 81. Elektriklər  82. Metal emalı peşəkarları 83. Qəhvə və digər qida məhsulları istehsalçıları 84. İnşaat mühəndisliyi üzrə ali təhsilli mühəndislər 85. Kərpicçilər 86. Çörəkçilər 87. Bağça müəllimləri, təlim-tərbiyə işləri üzrə mütəxəssislər 88. Metal məmulatların istehsalçıları və montajçıları  89. Tibb bacıları və əlaqəli peşələr 90. Sosial və iqtisadçı alimlər, elmi statistiklər 91. Şüşəçilər 92. Dəmir yol inşaat mühəndisləri 93. Bərbərlər, vizajistlər 94. Rəngsazlar 95. İnşaat layihəçiləri 96. Kosmetoloqlar, manikür ustaları, tatu rəssamı və pilsinq ustası, vizajistlər 97. Sığorta vasitəçiləri və nümayəndələri 98. Dietoloqlar 99. Daş ustaları və daş heykəltəraşları 100. Maşinistlər, qatar idarəçiləri 101. Masajçılar 102. Mebel dülgərləri 103. Loqistika və anbar mütəxəssisləri, ekspeditorlar 104. Əmlak meneceri, daşınmaz əmlak agentləri 105. Texniki kimya üzrə mühəndislər, kimyaçılar 106. Sosial işçilər (evdə köməkçi, ailə köməkçisi, əlil baxıcısı, uşaq baxıcısı və s.) 107. Sərnişin avtobusu sürücüləri 108. Məktəb avtobuslarının sürücüləri 109. Sərnişin daşımaları üzrə peşəkar sürücülər 110. Tramvay sürücüləri 111. Ofisiantlar 112. Səyahət və turizm ekspertləri 113. Reklam mütəxəssisləri 114. Mebellər üçün üzlük ustaları 115. Tekstil və geyim mallarının tacirləri və satıcıları 116. Alimlər 117. Kişi və qadın dərziləri 118. Nəqliyyat vasitələri, komponentləri və aksesuarlarının dilerləri və satıcıları 119. Sənaye və ticarət işçiləri, ofis işçiləri 120. Qida və içkilərin tacirləri və satıcıları 121. Aktiv biznes sahibləri, direktorlar, iş adamları və əlaqəli peşələr 122. Maşınçılar, güc maşınlarında xidmətçilər 123. Suvaqçılar 124. Kənd təsərrüfatı, üzümçülük və bağçılıq üzrə texniklər 125. Texniki kimya texnikləri 126. Bağbanlar 127. Müxbirlər, ofis katibləri 128. Ayaqqabı satıcıları 129. İzolyatorlar 130. İqtisadi məsləhətçilər 131. Yazıçılar, jurnalistlər 132. İplik və toxuculuq işçiləri 133. Məişət aşpazları 134. İşarə və yazı rəssamları 135. Səthi dəyirmanlar 136. Perforator işçiləri 137. Dəqiq mexanika 138. Metal səth təmizləyiciləri 139. Telekommunikasiya texnikləri 140. Ortopedik ayaqqabılar 141. Kağız və karton istehsalçıları 142. Qrafik printerlər 143. Narkoloq 144. İstehlakçı məsləhətçiləri 145. Memarlıq üzrə magistr mühəndisləri, memarlıq magistri 146. Səhnə, televiziya, film və səs texnologiyası üzrə xüsusi peşələr 147. Kimyəvi laborantlar, maddə sınaqçıları (kimya) 148. Hüquq məsləhətçiləri, hüquqşünaslar 149. Stenoqraflar, makinaçılar 150. Baytarlar 151. Digər növ müəllimlər (gimnastika və idman müəllimləri istisna olmaqla) 152. Süni daş və beton məmulatları istehsalçıları 153. Digər dilerlər və satıcılar 154. Direktorlar və əlaqəli menecer peşələri 155. Toxucular 156. Bitiricilər, digər toxuculuq bitiriciləri (parça printerləri istisna olmaqla) 157. Bank, əmanət bankı və özəl sığorta mütəxəssisləri 158. İbtidai məktəb müəllimləri 

19. Başlanğıcda tək gəlmək yaxşıdı, ya ailə ilə?

Bu Sizin aylıq xalis gəlirinizdən və xərclərinizdən asılıdır. Bizim xidmətimizlə işə qəbul olan namizədlərin təxminən 1/3 hissəsi xarici ölkəyə ilk köç zamanı ailə üzvləri ilə birlikdə gəlmişdir. 2/3 hissəsi isə müəyyən səbəblərdən ailə üzvlərini bir neçə ay işlədikdən və xarici cəmiyyətə inteqrasiya olduqdan sonra gətirməyə üstünlük vermişlər. 

20. Mənə təxminən nə qədər xalis əmək haqqı veriləcək?

Bu suala daha dəqiq cavab vermək üçün işləmək istədiyiniz xarici ölkəni və təcrübənizə uyğun gözlənilən ümumi (brutto) əmək haqqını bilməyimiz lazımdır.

ÜMMS - Ümumi Məlumat Mühafizə Siyasəti (GDPR)

1. Giriş

Xaricdeis.com (bundan sonra “Şirkət” adlandırılacaq) fərdi məlumatların məxfiliyini və təhlükəsizliyini qorumağa sadiqdir. Bu Məlumat Mühafizəsi Siyasəti, Şirkətin şəxsi məlumatları necə topladığı, istifadə etdiyi, açıqladığı və qoruduğunu, eləcə də Ümumi Məlumat Mühafizəsi Qaydasına (GDPR) uyğunluğunu izah edir.


2. Əhatə dairəsi 

Bu siyasət, Şirkət tərəfindən iş fəaliyyətləri çərçivəsində, xüsusilə Avropada iş imkanları axtaran şəxslərə işəgötürmə xidmətləri təqdim edərkən toplanan, işlənən və saxlanılan bütün şəxsi məlumatlara şamil edilir.


3. Məlumat Mühafizəsi Prinsipləri 

Şirkət aşağıdakı məlumat mühafizəsi prinsiplərinə əməl edir:

  • Qanunilik, Ədalət və Şəffaflıq: Şəxsi məlumatlar qanuni, ədalətli və şəffaf şəkildə işlənəcək.
  • Məqsədin məhdudlaşdırılması: Şəxsi məlumatlar müəyyən, dəqiq və qanuni məqsədlər üçün toplanacaq və həmin məqsədlərlə uyğunsuz olan şəkildə işlənməyəcək.
  • Məlumatların Minimallaşdırılması: Şirkət yalnız kifayət qədər, əlaqəli və zəruri şəxsi məlumatları toplayacaq və işləyəcək. 
  • Dəqiqlik: Şəxsi məlumatlar dəqiq olacaq və zəruri hallarda yenilənəcək. 
  • Saxlama Məhdudiyyəti: Şəxsi məlumatlar yalnız tələb olunan müddət ərzində saxlanacaq. 
  • Bütövlük və Məxfilik: Şəxsi məlumatlar icazəsiz və ya qanunsuz istifadədən, təsadüfi itkidən, məhv edilmədən və ya zərərdən qorunacaq. 

 

4. Məlumatların Toplanması 

Şirkət şəxsi məlumatları birbaşa məlumat subyektlərindən toplayacaq və bu məlumatların toplanma məqsədini bildiriləcək. Toplanan məlumatlara aşağıdakılar daxil ola bilər: 

  • Ad 
  • Əlaqə məlumatları (ünvan, e-poçt, telefon nömrəsi və s.) 
  • Təhsil və peşəkar təcrübə 
  • İş təcrübəsi 
  • Bacarıq və ixtisaslar 
  • Dil bilikləri 
  • İşəgötürmə ilə bağlı digər müvafiq məlumatlar

 
5. Məlumatların Emalı üçün Hüquqi Əsas 

Şirkət yalnız aşağıdakı hüquqi əsaslar mövcud olduğu halda şəxsi məlumatları emal edəcək: 

  • Müqavilənin yerinə imzalanması 
  • Hüquqi öhdəliklərə riayət 
  • Həyati maraqların qorunması 
  • Razılıqların nəzərə alınması 
  • İctimai maraqlar və ya rəsmi səlahiyyətlərin icrası 
  • Şirkətin və ya üçüncü tərəfin qanuni maraqları 


6. Razılıq

Qanun tələb etdiyi halda, Şirkət məlumat subyektindən açıq razılıq alacaq və onlara istənilən vaxt razılıqlarını geri çəkmək hüququ haqqında məlumat verəcək. 

 

7. Məlumat Subyektinin Hüquqları

Məlumat subyektləri aşağıdakı hüquqlara malikdir: 

  • Məlumat əldə etmək hüququ: Şəxsi məlumatların işlənməsi haqqında təsdiq və həmin məlumatlara çıxış. 
  • Düzəliş hüququ: Dəqiq olmayan məlumatların düzəldilməsini tələb etmək. 
  • Silinmə hüququ: Müəyyən hallarda şəxsi məlumatların silinməsini tələb etmək. 
  • Emalın məhdudlaşdırılması hüququ: Müəyyən hallarda emalın məhdudlaşdırılmasını tələb etmək. 
  • Məlumatın daşınması hüququ: Şəxsi məlumatların strukturlaşdırılmış və maşın oxunan formatda alınması və digər nəzarətçiyə ötürülməsi. 
  • Etiraz hüququ: Müəyyən hallarda şəxsi məlumatların emalına etiraz etmək. 


8. Məlumat Təhlükəsizliyi 


Şirkət şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün texniki və təşkilati tədbirlər həyata keçirəcək. 


9. Məlumat Sızması Halında Reaksiya 
Məlumat sızması baş verdikdə, Şirkət vəziyyəti təcili olaraq qiymətləndirəcək, təsiri azaltmaq üçün tədbirlər görəcək və qanunla tələb olunan hallarda aidiyyəti nəzarət orqanını və məlumat subyektlərini məlumatlandıracaq. 


10. Beynəlxalq Məlumat Transferləri

Şəxsi məlumatlar Avropa İqtisadi Bölgəsindən (AİB) kənara ötürüldükdə, Şirkət müvafiq qoruma tədbirlərinin tətbiqini təmin edəcək. 


11. Məlumatların Mühafizəsi üzrə Məsul Şəxs

Şirkət məlumatların mühafizəsi ilə bağlı hər hansı sorğu və ya narahatlıqları cavablandırmaq üçün məlumatların mühafizəsi üzrə məsul şəxs (DPO) təyin etmişdir. Əlaqə üçün: [email protected]


12. Nəzərdən Keçirilmə və Yenilənmə

Bu Məlumat Mühafizəsi Siyasəti müntəzəm olaraq nəzərdən keçiriləcək və lazımi hallarda yenilənəcək. 


13. Əlaqə Məlumatları

Bu Məlumat Mühafizəsi Siyasəti ilə bağlı hər hansı sual və ya narahatlıq üçün Xaricdeis.com ilə [email protected] ünvanı vasitəsilə əlaqə saxlayın.