Xaricdə işəqəbul niyə çətindir? Hissə 1
- "Nəyə görə xaricdə işə qəbul bu qədər çətindir?"
- "Necə olur, nə qədər insan gedib xaricdə işləyə bilir?"
- "Elementar işlər üçün, məsələn, barmen, anbardar və s. xarici dil biliyi olması, ya hansısa diplom olmasına nə gərək var?"
Bu və oxşar suallar bizə hər gün verilir və hər gün də verilməyə davam edəcək. Bu məqaləni yazmaqda məqsədimiz, sualların qarşısını almaq deyil, məhz səbəblər axtarışında olan namizədlərə real və məntiqli cavabı bir qədər geniş açıqlamaqdır.
Hissə 1: Şirkətlərin Eynəyi
Biz adətən iş axtaran bir namizəd kimi, işə qəbul olmağa olduqca rahat bir proses, rahat bir məsələ kimi baxırıq. Yüzlərlə namizədlərin xaricdə işə qəbul prosesində A-dan Z-ə kimi addımları birlikdə keçmiş şirkət kimi ilk öncə namizədlərə məsləhətimiz, bu gözləntini köklü dəyişməkdən başlayar: xaricdə işə qəbul olmaq düşündüyünüzdən qat-qat çətindir! Bu reallığı qəbul edəriksə, sonra məntiqli olaraq özümüz-özümüzə sual verə bilərik, bəs bu çətinlik nədən qaynaqlanır!?
İlk öncə xaricdə işəqəbul prosesinə namizəd gözü ilə baxmağımızla yanaşı, gərək, cəhd edib, qarşı tərəfin, yəni, şirkətin və şirkətin yerləşdiyi dövlətin də eynəyindən baxaq. Burada 2 "eynək" var: biri şirkətin, digəri isə xarici dövlətin "eynəyi".
Bu məqalədə ilk olaraq xaricdə işəqəbul prosesinə şirkətlərin eynəyi ilə baxmağa çalışacağıq:
Özəl şirkətlər sözsüz hər zaman maraqlıdırlar ki, xərclərini azaltmaq və gəlirlərini çoxaltmaq üçün, mümkün qədər təcrübəli xarici işçi qüvvəsini, onun ölkəsində olan və oxşar təcrübəyə sahib olan əməkdaşlarla nisbətdə daha sərfəli əmək haqqı ilə işə qəbul etsin. Bu şirkətlərin xarici işçi qüvvəsini öz ölkəsinə cəlb etməkdə əsas ciddi məqamdır.
Amma xarici işçi qüvvəsin bir şirkətin oturuşmuş bir komandasına cəlb etməyi və fərqli bir mədəniyyətdə insanlarla qaynayıb-qarışmasını təmin etmək, heç də asan məsələ deyil.
Xarici əməkdaşın xarici dil biliyi, onun xarakteri, özünəməxsus milli adət-ənənələri və s. işə götürən şirkəti əlbətdə ki, ciddi düşündürür. Məsələn, A şirkətinin, X departamentində 3-5 ukraynalı əməkdaşın olması o deməkdir ki, şirkət həmin departamentə ən azı Rusiyadan əməkdaş cəlb etməsi potensial problem ola bilər. Oxşar olaraq, iranlı və yəhudi millətləri bir araya gələrsə baş verə bilər. Dünya üzrə aktiv və passiv olaraq iş axtaran namizədlərin təqribi sayı 500 milyondur. Aktiv o deməkdir ki, namizəd işsizdir və təcili işləməyə ehtiyacı vardır. Passiv o deməkdir ki, namizəd hər hansı bir işdə çalışır, amma müəyyən səbəblərdən işini dəyişmək marağı var.
Bir namizədin müraciət etdiyi vakansiyaya orta hesabla 200 digər rəqib namizədlər müraciət edir. Bu o deməkdir ki, orta hesabla hər bir namizədin müraciət etdiyi vakansiya üzrə işə qəbul şansı təxminən 0.4% -dir. Sözsüz ki, daha təcrübəli, daha təhsilli və s. olan namizədlərdə bu şans daha yüksəkdir. Amma biz burada bərabər olaraq, namizədlərin şansını eyni hesab edirik ki, təxmini mənzərəni görmək, aydınlıq gətirmək istədiyimiz mövzu qəliz olmasın.
Fiziki olaraq baxarıqsa, iş axtran namizəd qlobal iş bazarında, yəni xarici ölkələrdə bir ay ərzində, 15-20 iş yerinə müraciət edə bilir. Ehtimal nəzəriyyəsindən bilirik ki, bu halda namizədin şansı təxminən 7.7 ~ 8% olar. Yəni, sadə desək, ən yüksək gücümüzü sərf edib, xarici şirkətlərdə işə müraciət edəriksə belə, işə qəbul şansımız 100-dən təxminən 8-dir. Yüzdə səkkiz. Burada indi əsas nüans var: motivasiya, həvəs, zaman və s. Biz iş axtaran namizəd olaraq, hər zaman vaxtımız olurmu, hər ay 20 iş yerinə müraciət edə bilirikmi, hər dəfə şirkətlərdən gələn imtina cavablarına və ya heç reaksiya verməməklərinə dözümlüyükmü? Əlbətdə xeyir. 6 il bu prosesi təkrarlayan, və 6 ildən sonra işə qəbul olan bir namizəd olub, bunu Sizə dəqiq deyə bilərik. Amma 6 ildən sonra olub. Əl ilə tək-tək iş yerləri axtarmaq, müqayisələr etmək, müraciətlər etmək olduqca zəhmətli, zaman və enerji tələb edən işdir.
Şirkətin eynəyindən baxdıqda, ona görə ilk olaraq namizədi düşündürməli olan vacib suallar bunlar olmalıdır:
- Mənim digər rəqib namizədlərdən üstün tərəflərim nədir? Mən hansı bacarıqlarla, digər rəqib namizədlərdən seçilə bilərəm?
- Mən fiziki olaraq neçə iş yerinə müraciət edə bilərəm, və edə biləcəyim sayda (yuxarıdakı 20 iş yeri) iş müraciətləri edərəmsə, işə qəbul şansımın ehtimalı (yuxarıdakı 7.7%) məni qane edirmi? Mən uzun zaman müraciət etmək üçün vaxt ayıra biləcəmmi? Mənə gələn imtina cavablarına dözümlü ola biləcəmmi?
Hissə 2: Dövlətlərin Eynəyi
Tezliklə...