Familie Zukunft 2027 Proqramı

Bir ailə. Bir dil. Bir gələcək. Alman dili tədrisini, xaricdə təhsil və karyera imkanlarını bir proqramda birləşdirən, bütün ailə üçün hazırlanmış 10 aylıq inkişaf yoludur.

Familie Zukunft 2027

Alman dili. Təhsil. Karyera. Bütün ailə üçün!

Familie Zukunft 2027 Alman dili öyrənmək, Almaniya, Avstriya və İsveçrədə təhsil və karyera imkanlarını araşdırmaq istəyən ailələr üçün hazırlanmış xüsusi 10 aylıq inkişaf proqramıdır.

Bir paket çərçivəsində ailə üzvlərinizlə birlikdə Alman dili öyrənin, gələcək təhsil imkanlarınızı planlaşdırın və uyğun namizədlər üçün xaricdə iş müraciətlərinə paralel başlayın.

👨‍👩‍👧‍👦 Bir qeydiyyat – bütün ailə üçün imkan

🗓️ 10 aylıq proqram
💻 Tamamilə online

BÜTÜN AİLƏ ÜÇÜN ALMAN DİLİ

👨‍👩‍👧‍👦 Alman dili artıq ailəvi öyrənilə bilər

Familie Zukunft 2027 müxtəlif yaş qruplarının eyni proqram daxilində inkişaf edə bilməsi üçün hazırlanıb.

🧒 Uşaqlar üçün

Uşaqlar üçün dərslər onların yaşına uyğun, sadə, əyləncəli və interaktiv formatda keçiriləcək. Danışıq məşğələlərinə Alman dilini ana dili səviyyəsində bilən azyaşlı danışıq partnyorları da cəlb ediləcək.

👩‍💼 Böyüklər üçün

Böyüklərin dərsləri gündəlik ünsiyyətlə yanaşı real həyat və karyera mövzuları üzərində qurulacaq:

💬 gündəlik danışıq
💼 iş və müsahibə dili
📝 CV və müraciətlər
🎓 xaricdə təhsil
🏢 iş mühiti və şirkət kommunikasiyası

🎯 Məqsəd

10 aylıq proqram ərzində iştirakçıların sıfır səviyyədən başlayaraq B1 səviyyəsinə doğru sistemli inkişaf etməsi və Alman dilində danışmaq, yazmaq, oxumaq və eşitdiyini anlama bacarıqlarını formalaşdırmasıdır.

DİL ÖYRƏNƏRKƏN KARYERANI DA QUR

💼 Əvvəl dili bitir, sonra iş axtar – yanaşmasını dəyişirik

Familie Zukunft 2027-də dil hazırlığı ilə xaricdə karyera prosesi eyni vaxtda başlayır.

Uyğun namizədlərin təcrübəsi, bacarıqları və karyera məqsədləri qiymətləndirilir və proqram müddətində Alman dilli ölkələrdə uyğun imkanlar araşdırılır.

🔎 Sizə necə dəstək oluruq?

Uyğun vakansiyaların araşdırılması
Almaniya, Avstriya və İsveçrədə namizədin profilinə uyğun iş imkanları müəyyən edilir.

📄 Professional CV
Uyğun namizədlər üçün Avropa əmək bazarına uyğun CV hazırlanır və ya mövcud CV optimallaşdırılır.

📨 İş müraciətləri

Uyğun elanlara sistemli və peşəkar müraciətlər həyata keçirilir.

💬 Şirkətlərlə yazışma

Namizəd adından və ya namizəd üçün şirkətlərlə peşəkar kommunikasiya dəstəyi göstərilir.

🎤 Müsahibəyə hazırlıq

İş müsahibəsinə keçən namizədlərə hazırlıq və konsultasiya təqdim edilir.

CANLI VƏ MÜASİR TƏDRİS TƏCRÜBƏSİ

💻 Sadəcə dərs deyil – real ünsiyyət mühiti

Alman dili yalnız kitabdan öyrənilmir. Buna görə Familie Zukunft 2027 proqramında danışıq və ünsiyyət təcrübəsinə xüsusi diqqət ayrılır.

Proqram çərçivəsində:

🗣️ Danışıq sessiyaları
İştirakçılar dərslərdə aktiv danışmağa təşviq ediləcəklər.

🌍 Alman dilli qonaqlar
Müxtəlif sessiyalara Alman dilli qonaqlar dəvət edilərək real danışıq təcrübəsi yaradılacaq.

📱 Rəqəmsal tədris materialları
Dərs və çalışma materialları iştirakçılara rəqəmsal formada təqdim ediləcək.

🎧 Dinləmə və anlama
Real danışıq, audio və gündəlik situasiyalar üzərində praktika aparılacaq.

✍️ Yazı və oxu
Gündəlik ünsiyyətdən iş müraciətinə qədər müxtəlif mətnlər üzərində işlənəcək.

🎓 Beynəlxalq sertifikata hazırlıq
Tədris strukturu beynəlxalq Alman dili imtahanlarının tələb etdiyi əsas bacarıqları da nəzərə alacaq.

Proqramı tamamlayan iştirakçılar Xaricdeis.com iştirak sertifikatı əldə edəcəklər.

İstəyən iştirakçılar isə əlavə olaraq Bakıda keçirilən beynəlxalq Alman dili sertifikat imtahanlarına müraciət edə bilərlər. İmtahan rüsumu iştirakçı tərəfindən ayrıca ödənilir.

ADDIM-ADDIM 2027-YƏ

🗺️ Hər mərhələ əvvəlcədən planlaşdırılıb

Familie Zukunft 2027 yalnız kurs başladığı gün başlayan bir proqram deyil. İştirakçıların məqsədlərinin düzgün müəyyən edilməsi üçün hazırlıq prosesi əvvəlcədən başlayır.

🔥 15 OKTYABR 2026

50% erkən qeydiyyat endiriminin son günü. Bu tarixədək qeydiyyatdan keçənlər proqramdan xüsusi 500 AZN qiyməti ilə yararlana biləcəklər.

📝 30 OKTYABR 2026

Son qeydiyyat günü. Familie Zukunft 2027 üçün qeydiyyat tamamlanır.

🤝 30 NOYABR 2026

Sizi tanıyırıq. İştirakçıların:

✓ hazırkı dil səviyyəsi
✓ yaş qrupu
✓ təhsil məqsədləri
✓ karyera planları
✓ Alman dilli ölkələrə marağı

müzakirə ediləcək.

Hazırlığın bu mərhələsi ən geci 30 noyabr 2026-dək tamamlanacaq.

💻 30 DEKABR 2026

Sistemi hazırlayırıq

✓ iştirakçı hesabları yaradılır
✓ tədris materialları təqdim edilir
✓ girişlər hazırlanır
✓ təşkilati suallar cavablandırılır

Bütün hazırlıq işləri ən geci 30 dekabr 2026-dək tamamlanacaq.

🚀 YANVAR 2027

Başlayırıq. 2027-ci ilin ilk həftəsindən intensiv Alman dili proqramı
və Almaniya, Avstriya və İsveçrədə uyğun namizədlər üçün təhsil və ya iş müraciətləri paralel şəkildə başlayır.

TƏHSİLDƏN İŞ TƏKLİFİNƏ QƏDƏR

🎓 Məqsəd yalnız dili öyrətmək deyil

Proqram boyunca iştirakçılara Alman dilli ölkələrdə gələcəklərini daha düzgün planlaşdırmaq üçün konsultasiya təqdim ediləcək.

🎓 Təhsil konsultasiyası

Alman dilli ölkələrdə mümkün təhsil istiqamətləri və gələcək perspektivlər barədə məlumat və yönləndirmə.

💼 Karyera konsultasiyası

Namizədin təcrübəsinə və məqsədlərinə uyğun karyera istiqamətlərinin müəyyən edilməsi.

📝 Sənədlərin hazırlanması

İş təklifi alan və xarici şirkət tərəfindən işə qəbul edilən namizədlərin növbəti sənədləşmə mərhələlərində dəstək göstəriləcək. Lazım olduqda bu dəstək namizədin ailə üzvləri ilə bağlı sənədləşmə prosesini də əhatə edəcək.

RƏSMİ VƏ ŞƏFFAF QEYDİYYAT

🛡️ Güvənlə qeydiyyatdan keçin
Familie Zukunft 2027 proqramında bütün proses rəsmi və şəffaf şəkildə həyata keçiriləcək.

Hər bir qeydiyyatdan keçən iştirakçı:

📄 müqavilə əldə edir
🧾 ödəniş qəbzi əldə edir
📋 xidmətlərin əhatə dairəsi barədə əvvəlcədən məlumatlandırılır

💳 Qeydiyyat üçün bütün məbləği indi ödəmək lazım deyil

15.10.2026-dək qeydiyyatdan keçən iştirakçılar proqram haqqı olaraq 1000 AZN deyil, tam 50% endirimlə cəmi 500 AZN xidmət haqqı ödəyirlər.

Qeydiyyat üçün ilkin ödəniş öncədən olmaqla, 50 AZN ödənilməsi tələb olunur.

15.10.2026-dan sonra müraciət edərsə namizəd, standart qiymət 1000 AZN tətbiq edilir. Bu halda qeydiyyat üçün ilkin ödəniş 100 AZN.

Minimum iştirakçı sayı toplandıqdan sonra iştirakçılara noyabr ayında məlumat veriləcək və qalan 90% məbləğ ödəniləcək.

RİSKSİZ QEYDİYYAT

✅ Qeydiyyat olun, risk daşımayın

Proqramın başlaması üçün müəyyən minimum iştirakçı sayı tələb olunur.

Əgər 30 oktyabr 2026-dək kifayət qədər iştirakçı qeydiyyatdan keçməzsə, edilmiş ilkin ödəniş 100% geri qaytarılır.
Heç bir əlavə xidmət haqqı və ya başqa tutulma nəzərdə tutulmur.

Beləliklə, siz proqramda yerinizi əvvəlcədən rezerv edə, qrup formalaşmadığı halda isə ilkin ödənişinizi tam şəkildə geri ala bilərsiniz.

KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

Familie Zukunft 2027 aşağıdakı şəxslər üçün xüsusilə uyğundur:

💬Alman dilini sıfırdan öyrənmək istəyənlər
👨‍👩‍👧‍👦 Ailəsi ilə birlikdə dil öyrənmək istəyənlər
🎓 Alman dilli ölkələrdə təhsil planlaşdıranlar
💼 Almandilli ölkələrdə işləmək  və ya biznes qurmaq istəyənlər
🧒 Uşaqlarının erkən yaşdan Alman dili öyrənməsini istəyən ailələr
🌍 Gələcəkdə ailəsi ilə Avropada yaşamaq perspektivini nəzərdən keçirənlər

❤️ Yeni bir dil bəzən bütün ailə üçün yeni başlanğıc ola bilər. Yeni dil - yeni ünsiyyət deməkdir. Yeni dil - yeni təhsil imkanları deməkdir. Yeni dil - yeni karyera perspektivləri deməkdir.

2027-ci ilə sadəcə yeni il kimi deyil, ailəniz üçün yeni başlanğıc kimi daxil olun:

- Alman dili
- Xaricdə təhsil
- Xaricdə karyera

3 istiqamət · 10 aylıq proqram · 1 Ailə Paketi! Dəyərli yatırım deməkdir!

🔥 15 oktyabra qədər yalnız 500 AZN!
Standart qiymət: 1000 AZN

Bu gün yerinizi cəmi 50 AZN ilkin ödənişlə rezerv edin.

 
⚠️ Vacib qeyd

Familie Zukunft 2027 intensiv tədris və karyera dəstəyi proqramıdır. Dil inkişafının nəticəsi iştirakçının davamiyyəti, hazırlığı və fərdi fəaliyyətindən asılıdır.

Xaricdə iş müraciətlərinin nəticəsi isə namizədin təcrübəsi, kvalifikasiyası, dil səviyyəsi, əmək bazarındakı tələbat və işəgötürən şirkətin qərarından asılıdır.

Xaricdeis.com-un məqsədi iştirakçını hədəflərinə sistemli, intensiv və peşəkar şəkildə hazırlamaq və müşayiət etməkdir.